27 Aprel 2025, 16:32
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı
Azərbaycan cüdoçuları Monteneqroda keçirilən böyüklər arasında Avropa çempionatını 5 medalla başa vurdu.
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı şəkil
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı

Azərbaycan cüdoçuları Monteneqroda keçirilən böyüklər arasında Avropa çempionatını 5 medalla başa vurub.

Operativ Media xəbər verir, milli komandamız Podqoritsa şəhərində baş tutan qitə yarışında 1 gümüş və 4 bürünc medal əldə edib. -100 kq çəki dərəcəsində tatamiyə çıxan Zelim Kotsoyev gümüş medala yiyələnib. Əhməd Yusifov (-60 kq), Rəşid Məmmədəliyev (-73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) bürünc medal qazanıb.

Uşanqi Kokauri (+100 kq) turniri 5-ci, Turan Bayramov (-60 kq) isə 7-ci pillədə tamamlayıb. Yığma mötəbər turnirdə qarışıq komanda yarışında da iştirak edib.

Yekunda Azərbaycan medalların əyarına görə 47 ölkə arasında ümumi komanda hesabında 10-cu, kişilər arasında isə 5-ci yeri tutub.

Qeyd edək ki, Zelim Kotsoyevdən başqa bütün mükafatçılarımız karyeralarında ilk dəfə böyüklər arasında Avropa çempionatının medalçısı olublar. Azəbaycan cüdo tarixində ilk dəfə olaraq idmançılarımız qitə yarışında beş müxtəlif çəki dərəcəsində fəxri kürsüyə yüksəlib.

Ölkəmizi Avropa çempionatında 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edib.

Son xəbərlər
Şüvəlanda işıq olmayacaq
Qadını öldürüb Kürə atan şəxs barəsində cinayət işi başlanıb
Kallas: Aİ Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv edib
Tramp: Bayden avtomatik imzadan istifadə edirdi
II Liqa: "Füzuli" Region Liqasına düşdü
Lavrov Ermənistana səfər edib
“Araz-2025” birgə təlimi davam edir - VİDEO
20 May 2025, 19:38
Ronaldo Portuqaliyanın Millətlər Liqası matçları üçün heyətinə daxil edilib