28 Aprel 2025, 09:11
Şahmat üzrə Dünya və Avropa çempionu Antoaneta Stefanova Bakıda gənclərlə görüşdü
Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə gənc şahmatçılar üçün ustad dərsi keçirilib.
Şahmat üzrə Dünya və Avropa çempionu Antoaneta Stefanova Bakıda gənclərlə görüşdü şəkil
Şahmat üzrə Dünya və Avropa çempionu Antoaneta Stefanova Bakıda gənclərlə görüşdü

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığıyla Milli Xalça Muzeyində şahmat üzrə ikiqat dünya və Avropa çempionu Antoaneta Stefanova tərəfindən ustad dərsi keçirilib. 

Operativ Media xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov əsas məqsədin yeniyetmə və gənc şahmatçıların peşəkar idmançı kimi formalaşmasına dəstək vermək olduğunu bildirib. 

20 yeniyetmə və gənc şahmatçının iştirak etdiyi görüşdə Antoaneta Stefanova uğur yolundan, karyerasının önəmli anlarından söhbət açıb. Sonra şahmatda debüt və digər vəziyyətlərlə bağlı fikir mübadiləsi aparılıb, yeniyetmə və gəncləri maraqlandıran suallara cavab verilib. 

Ustad dərslərinin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. 

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası yeniyetmə və gənclərdə idmana marağın aşılanması, onların sağlam ruhda tərbiyə edilməsi istiqamətində mütəmadi olaraq müxtəlif layihələr və tədbirlər həyata keçirir.

Son xəbərlər
Emin Əmrullayev rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər
Müəllimlərin 45 faizi gələn ildən 1000 manatdan çox maaş alacaq
İlham Əliyev BMMT-nin növbədənkənar sessiyasının iştirakçılarına müraciət edib
Riyaziyyat müəllimləri üçün sertifikatlaşdırmanın nəticələri açıqlanıb
Emin Əmrullayev: Növbəti il bütün müəllimlər sertifikatlaşdırmadan keçmiş olacaqlar
Nazir: Sertifikatlaşdırma prosesində iştirak edən xarici dil müəllimlərinin 12 faizi uğur qazanıb
Əbu-Dabi görüşü təkbətək formatda davam etdirilir
10 İyul 2025, 11:07