Bakıda keçirilən beynəlxalq şahmat festivalının mükafat fondu bəlli oldu
Əziz Əzizli
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə “Baku Open 2025” beynəlxalq şahmat festivalı keçiriləcək.
Operativ Media xəbər verir ki, festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarıdır.
Festival çərçivəsində veteran şahmatçılar arasında Azərbaycan çempionatı da baş tutacaq.
Festivalın bağlanış mərasimi mayın 6-da baş tutacaq.