Menyu

"Mançester Yunayted" Kunyaya 5 illik müqavilə təklif edir

Əziz Əzizli
"Mançester Yunayted" Kunyaya 5 illik müqavilə təklif edir

"Vulverhempton"un hücumçusu Matheus Kunya "Mançester Yunayted"ə keçə bilər.

Operativ Media bu haqda "Teamtalk"a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, "qırmızı şeytanlar" 25 yaşlı braziliyalıya 5 illik müqavilə təklif edir. "Teleqraf" nəşri daha əvvəl, transferin baş tutması halında, Kunyanın komandanın ən yüksək maaş alan oyunçularından birinə çevriləcəyini yazmışdı. Onun maaşı həftədə 234 min avro olacaq.

Kunya bu mövsüm bütün turnirlərdə 31 oyun keçirib, 16 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

"Transfermarkt"in məlumatına görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.

Teqlər:

"\"Man\u00e7ester Yunayted\" Kunyaya 5 illik m\u00fcqavil\u0259 t\u0259klif edir"

Əlaqəli Xəbərlər