28 Aprel 2025, 11:34
Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib - VİDEO
Bildirilib ki, hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi tədbirlər keçirilib.
Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib - VİDEO şəkil
Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib - VİDEO

Müdafiə Nazirliyinin (MN) illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində xüsusi təyinatlı hərbi hissələrin birində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.

Bu barədə Operativ Media-ya MN-dən məlumat verilib.

Bildirilib ki, hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi tədbirlər keçirilib.

Təlim mərkəzində keçirilən praktiki məşğələlər zamanı iştirakçılar xüsusi təyinatlı bölmələrin arsenalında olan atıcı silahlar və bəzi hərbi avadanlıqlarla tanış olduqdan sonra onların istifadə qaydalarını öyrənərək məşq edib, eləcə də atıcı silahlardan praktiki atış çalışmalarını yerinə yetiriblər.

Sonra tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyət ilə taktiki və kəşfiyyat hazırlıqları üzrə məşğələlər keçirilib.

Praktiki məşğələlər zamanı iştirakçılar təyin edilmiş əraziyə çıxış, qruplar halında gizlin hərəkət etmə üsulları, düşmən obyektinə yaxınlaşma, pusqunun qurulması və şərti düşmən texnikasının şəxsi heyətlə birgə ələ keçirilməsi, eləcə də digər təlim tapşırıqlarını icra ediblər.

Son xəbərlər
"Turan Tovuz"dan Premyer Liqada 40-cı məğlubiyyət
PKK özünü ləğv edib
"Mançester Siti" rəsmisi 16 yaşlı qapıçı üçün Türkiyəyə gəldi - FOTO
Ötən həftə ərzində 156 yanğına çıxış olub
Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
DTX tərəfindən çox sayda terrorçu saxlanılıb
Bəzi çaylarda sululuq artıb
AMB-nin bu günə olan valyuta məzənnələri