Menyu

Azərbaycanın hərbi pilotları növbəti təlim-məşq uçuşları keçiriblər - FOTO/VİDEO

Azərbaycanın hərbi pilotları növbəti təlim-məşq uçuşları keçiriblər - FOTO/VİDEO

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələrində “Super Muşşak” təlim təyyarələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.

Bu barədə Operativ Media-ya Müdafiə Nazirliyi məlumat verib.

Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan və təhlükəsizlik qaydaları elan olunduqdan sonra hərbi pilotlar “Super Muşşak” təlim təyyarələrinə nəzarət baxışı keçiriblər.
Təlimin planına uyğun olaraq, gənc təyyarəçilər havaya qalxma və yerə enmə, müəyyən edilmiş marşrutlar üzrə aviasiya qrupları tərkibində uçuşların icra edilməsi, müxtəlif hündürlüklərdə pilotaj manevrləri və digər təlim tapşırıqlarını uğurla yerinə yetiriblər

Hərbi pilotlarımızın döyüş hazırlığı və praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən uçuşlar zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Teqlər:

"Az\u0259rbaycan\u0131n h\u0259rbi pilotlar\u0131 n\u00f6vb\u0259ti t\u0259lim-m\u0259\u015fq u\u00e7u\u015flar\u0131 ke\u00e7iribl\u0259r - FOTO\/V\u0130DEO"

Fotogalereya

Əlaqəli Xəbərlər