28 Aprel 2025, 18:57
Riçard Almeyda Brazilyada "Qarabağ" üçün futbolçu axtarır
"Qarabağ" futbolçu axtarışlarını Braziliyada da davam etdirir.
Riçard Almeyda Brazilyada "Qarabağ" üçün futbolçu axtarır şəkil
Riçard Almeyda Brazilyada "Qarabağ" üçün futbolçu axtarır

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Riçard Almeyda Braziliyada Ağdam klubu üçün futbolçuları izləyir.

Operativ Media xəbər verir ki, bu barədə braziliyalı yarımmüdafiəçi "Terra" nəşrinə açıqlamasında deyib.

Hazırda "Primavera" klubunun formasını geyinən oyunçu Ağdam təmsilçisinin daim inkişafına kömək etmək istədiyini bildirib: "Onlar mənə öz profillərinə uyğun oyunçuları izləməyi və təhlil etməyi təklif etdilər. Əgər “Qarabağ” futbolçuları bəyənsə, onlarla danışacağam, agentlərinin olub-olmadığını, klubun şərtlərini və s. öyrənəcəyəm. Əslində klub braziliyalılara öyrəşib Onlardan biri də hazırda "Flamenqo"da çıxış edən Juninyodur”.

Qeyd edək ki, Riçard Almeyda "Qarabağ"ı qış fasiləsində tərk edib.

Son xəbərlər
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
İtaliya BMT-nin Fələstin üzrə xüsusi məruzəçisini Nobel Sülh Mükafatına namizəd göstərib
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi
Qazaxıstanda ərzaq qiymətində artım müşahidə edilib
"Turan Tovuz" "Traktor"la qarşılaşacaq
Suriya lideri Azərbaycana gəlib - YENİLƏNİB
FHN əhaliyə müraciət edib
Bazar günü 41 dərəcə isti olacaq - PROQNOZ