Menyu

"Sumqayıt"ın yarımmüdafiəçisi 250-ə çatdı

Əziz Əzizli
"Sumqayıt"ın yarımmüdafiəçisi 250-ə çatdı

Vüqar Mustafayev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. “Sumqayıt”ın kapitanının yubileyi Azərbaycan Premyer Liqasının 32-ci turuna təsadüf edib.

Operativ Media xəbər verir ki, o, “Neftçi” ilə ev matçına (2:2) start heyətində çıxıb. 31 yaşlı futbolçu 250 oyunda 2 qola imza atıb.

Vüqar Premyer Liqada 5 klubun formasını geyinib. O, “Bakı”da 16, “Simurq”da 12, “Qarabağ”da 8 (1 qol), “Zirə”də 77 (1 qol), “Sumqayıt”da 137 dəfə şans qazanıb. Mustafayev ölkə çempionatları tarixində 250 və ya daha çox oyun keçirən 77-ci futbolçudur.

Qeyd edək ki, onun debütü 2013/14 mövsümündə gerçəkləşib. Vüqar 2013-cü il noyabrın 22-də “Bakı” – “Xəzər Lənkəran” görüşündə (3:0) meydana çıxıb.

Teqlər:

"\"Sumqay\u0131t\"\u0131n yar\u0131mm\u00fcdafi\u0259\u00e7isi 250-\u0259 \u00e7atd\u0131"

Əlaqəli Xəbərlər