Menyu

"Neftçi" 1600-cü qola çatdı

Əziz Əzizli
"Neftçi" 1600-cü qola çatdı

Yubiley topuna Andrey Ştoqrin imza atıb.

Operativ Media xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının XXXII turunun “Sumqayıt”la səfər oyununda (2:2) komandasını məğlubiyyətdən xilas edən sonuncu qolun müəllifi olub. Bakı klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarındakı 1600-cü qolu 957-ci oyununda vurub.

“Ağ-qaralar”ın orta məhsuldarlığı 1,67-yə bərabərdir. Paytaxt təmsilçisi evdə 923, səfərdə 657, neytral meydanda 20 qola sevinib.

“Neftçi” yarışın tarixində 1600 və ya daha çox qol vuran 2-ci komandadır. “Qarabağ”ın hesabında 1606 qol var.

Qeyd edək ki, “Neftçi” milli çempionatlarda ilk qolunu Sumqayıtın digər təmsilçisi “Xəzər”lə görüşdə 1992-ci il mayın 8-də vurub. Tarixi topa Yunis Hüseynov imza atıb.

Teqlər:

"\"Neft\u00e7i\" 1600-c\u00fc qola \u00e7atd\u0131"

Əlaqəli Xəbərlər