Menyu

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən beynəlxalq təlimdə iştirak edir

Əsəd Abbaslı
Hərbi qulluqçularımız Gürcüstanda keçirilən beynəlxalq təlimdə iştirak edir

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən "NATO-Georgia 2025" kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirak edir.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin keçirilməsində əsas diqqət çoxmillətli bölmələrin böhranlara cavab əməliyyatının, eləcə də quruda və kiber məkanlarda kiçikmiqyaslı birgə əməliyyatların planlaşdırılması və təşkili üzrə hazırlığının artırılmasına yönəldilib.

Qeyd edək ki, NATO-ya üzv və tərəfdaş olan 17 ölkənin iştirakı ilə keçirilən beynəlxalq taktiki təlim mayın 8-dək davam edəcək.

Teqlər:

"H\u0259rbi qulluq\u00e7ular\u0131m\u0131z G\u00fcrc\u00fcstanda ke\u00e7iril\u0259n beyn\u0259lxalq t\u0259limd\u0259 i\u015ftirak edir"

Əlaqəli Xəbərlər