"Arsenal" və "Barselona" "Çelsi"nin hücumçusu ilə maraqlanır
Əziz Əzizli
"Çelsi"nin hücumçusu Kristofer Nkunku yay transfer pəncərəsində komandanı tərk edə bilər.
Operativ Media xəbər verir ki, bu barədə "TeamTalk" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Arsenal" 27 yaşlı fransızı transfer etmək variantını nəzərdən keçirir. Klub Nkunkunun baş məşqçi Mikel Artetanın taktiki üslubuna uyğunlaşacağına inanır. Futbolçu ilə "Barselona" da maraqlanır.
Nkunku "Çelsi"yə 2023-cü ilin yayında "Leypsiq"dən keçib. Bu mövsüm forvard bütün turnirlərdə 42 oyun keçirib, 14 qol vurub və 5 məhsuldar ötürmə edib.
"Transfermarkt" onun bazar dəyərini 45 milyon avro qiymətləndirir.