30 Aprel 2025, 10:36
AFFA-da koordinator və klub nümayəndələri ilə görüş keçirilib
Görüşdə 2025/2026-cı illər mövsümünə dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.
AFFA-da koordinator və klub nümayəndələri ilə görüş keçirilib şəkil
AFFA-da koordinator və klub nümayəndələri ilə görüş keçirilib

Aşağı yaş qrupları üzrə liqalarda çıxış edən komandaların akademiyalarının texniki direktor və koordinatorları ilə AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları arasında görüş keçirilib.

Operativ Media xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan görüşdə AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov, Misli Premyer Liqasında çıxış edən klubların və yenidən elitaya yüksələn “Qəbələ”nin akademiyasının nümayəndələri iştirak ediblər. Aşağı yaş qrupları üzrə liqaların təşkili, başa çatmaqda olan mövsümün yekunları müzakirə olunub, eləcə də, 2025/2026-cı illər mövsümünə dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

Qeyd edək ki, yaxın vaxtlarda digər komandaların nümayəndələri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər
Sabah hava necə olacaq? - PROQNOZ
"Mançester Siti" 6 futbolçusu ilə vidalaşa bilər
Zəngəzur dəhlizi hansısa şirkətə verilə bilərmi?
Paşinyan: Biz Azərbaycanla ikitərəfli ticarət əlaqələrini bərpa etməyə maraqlıyıq
Sentyabrda PMS imtahanı elektron formada olacaq
“Real” oyun formalarındakı reklamlardan əldə olunan gəlirlər üzrə liderdir
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
Hansı ixtisas qrupuna maraq daha çoxdur?