Menyu

AFFA Premyer Liqa klublarını cərimələdi

Əziz Əzizli
AFFA Premyer Liqa klublarını cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Operativ Media xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının 32-ci turundakı oyunlar barədə qərarlar verilib.

“Kəpəz” – “Zirə” oyununda birincilərin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə, gəncəlilər 1000 manat cərimələnib.

“Araz-Naxçıvan”la görüşdə 4 futbolçusu sarı vərəqə alan “Səbail” 700 manat cərimə olunub.

“Sabah” – “Qarabağ” matçı bitdikdən sonra meydançaya kənar şəxs daxil olub. Bu, meydan sahiblərini 800 manat ziyana salıb. Qarşılaşma bitdikdən sonra “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilib. Buna görə ağdamlılar 1500 manat cərimə ödəməli olacaq.

Teqlər:

"AFFA Premyer Liqa klublar\u0131n\u0131 c\u0259rim\u0259l\u0259di"

Əlaqəli Xəbərlər