Menyu

Mahir Emrelili "Nürnberq" yeni hücumçu ilə güclənir

Əziz Əzizli
Mahir Emrelili "Nürnberq" yeni hücumçu ilə güclənir

Mərkəz hücumçusu Artem Stepanov 2025/2026 mövsümü üçün icarə əsasında "Nürnberq"ə keçəcək.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

17 yaşlı futbolçu bu mövsüm artıq bir neçə dəfə "Bayer Leverkuzen"in əsas komandasına çağırılıb və hazırda Çempionlar Liqasında iki oyun keçirib. UEFA Gənclər Liqasında 10 oyunda 10 qol vurub. 1,92 metr boyu olan hücumçu Almaniya Gənclər Liqasında da çıxış edib. Orada 4 oyunda 1 qol vurub.

2022-ci ilin yayında o, Ukrayna çempionu "Şaxtyor Donetsk"in gənclərdən ibarət komandasından Almaniya klubuna keçib.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Mahir Emreli də "Nürnberq"in şərəfini qoruyur. O, bu mövsüm 21 oyuna çıxıb, 7 qol vurub və 1 assist edib.

Teqlər:

"Mahir Emrelili \"N\u00fcrnberq\" yeni h\u00fccum\u00e7u il\u0259 g\u00fccl\u0259nir"

Əlaqəli Xəbərlər