Menyu

"Yuventus" Miliklə müqaviləni uzadıb

Əziz Əzizli
"Yuventus" Miliklə müqaviləni uzadıb
1 dəq oxu

"Yuventus"un hücumçusu Arkadiuş Milik klubu ilə yeni müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilənin müddəti 30 iyun 2027-ci ilə qədərdir.

31 yaşlı polyak 2022-ci ilin yayından "Yuventus"da çıxış edir. O, zədə səbəbindən bu mövsüm heç bir matça çıxmayıb. Forvard sonuncu dəfə 2024-cü ilin mayında meydana çıxıb. Ümumilikdə Milik Turin klubunun heyətində 75 matçda 17 qol vurub, 2 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər