Kişilərdən ibarət yığma komandamızın üzvü Murad Fətiyev zədələnib.
Operativ Media xəbər verir ki, -90 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Monteneqronun paytaxtı Podqoritsada keçirilən böyüklər arasında Avropa çempionatında üçüncü yer uğrunda görüşdə zədə alıb.
Qeyd edək ki, təmsilçimiz həmin qarşılaşmadan qalib ayrılaraq bürünc medala sahib olub.
Təəssüf ki, Murad Fətiyev zədə səbəbindən qarşıdan gələn dünya çempionatında iştirak edə bilməyəcək.