UEFA Bakı və Madrid şəhərləri arasında seçim edəcək
Əziz Əzizli
UEFA 2026/27 mövsümünün Çempionlar Liqasının finalının harada keçiriləcəyini növbəti İcraiyyə Komitəsinin iclasında elan edəcək.
Operativ Media xəbər verir ki, adətən belə iclaslar Çempionlar Liqasının finalı ərəfəsində keçirilir. Bu il final 31 may tarixində olacaq. Gözlənilir ki, 2026/2027 mövsümünün finalının keçiriləcəyi yer 30 və ya 31 may tarixlərində açıqlanacaq.
Xatırladaq ki, ispaniyalılar final oyununu “Riyadh Air Metropolitano” stadionunda keçirmək niyyətindədirlər. Azərbaycan tərəfi isə seçiləcəyi təqdirdə finalı Bakı Olimpiya Stadionunda təşkil etməyi planlaşdırır.
Qeyd edək ki, bir neçə həftə əvvəl ispaniyalılar artıq bu yarışda qalib gəldiklərini elan etmişdilər, lakin UEFA bu barədə rəsmi açıqlama verməyib.
Teqlər:
"UEFA Bak\u0131 v\u0259 Madrid \u015f\u0259h\u0259rl\u0259ri aras\u0131nda se\u00e7im ed\u0259c\u0259k"