Menyu

Marmaris şəhərində "KURTARAN-2025" sualtı axtarış və xilasetmə təlimləri keçirilib

Əsəd Abbaslı
Marmaris şəhərində "KURTARAN-2025" sualtı axtarış və xilasetmə təlimləri keçirilib

Türkiyənin Marmaris şəhərində keçirilmiş "KURTARAN-2025" sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu müşahidəçi qismində iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin planına əsasən, qəzaya uğramış sualtı qayığın axtarış-xilasetmə gəmiləri tərəfindən xüsusi texnika və robotların köməyi ilə axtarışı, xilasedici dalğıclar vasitəsilə batan heyətə qida və tibbi ləvazimatın ötürülməsi, onların xüsusi avadanlıqlarla xilas edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Təlim zamanı helikopter və təyyarələrdən də istifadə olunmaqla axtarış-xilasetmə tədbirləri yerinə yetirilib.

Belə ki, hava vasitələrindən dənizə paraşüt tullanışları icra edilib, qəzaya uğramış gəminin su üzərində köməyə ehtiyacı olan heyətinə lazımi ləvazimatların atılması və zərərçəkənlərin təxliyəsi üzrə fəaliyyətlər həyata keçirilib.

"KURTARAN-2025" sualtı axtarış və xilasetmə təlimlərində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər