30 Aprel 2025, 18:48
Badminton üzrə Azərbaycan birinciliyinin qalibləri bilindi
Yarışda 40 oğlan və 23 qız olmaqla ümumilikdə 63 idmançı iştirak edib.
Badminton üzrə Azərbaycan birinciliyinin qalibləri bilindi şəkil
Badminton üzrə Azərbaycan birinciliyinin qalibləri bilindi

11 yaşadək badmintonçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub.

Operativ Media Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 40 oğlan və 23 qız olmaqla ümumilikdə 63 idmançı iştirak edib.

Oğlanlar arasında şəxsi yarışda Muxtar Bədəlov qızıl, Murad Qarayev gümüş, Rəsul Quliyev və Rəcəb Həsənov isə bürünc medal qazanıblar.

Qızlar arasında şəxsi yarışda Mələk Təhmazlı birinci, Xədicə Manafova ikinci, Ziba Məmmədli ilə Aidə Qurbanova isə üçüncü olublar.

Oğlanlar arasında qoşa yarışda İbrahim Hüseynli və Muxtar Bədəlov qızıl, Murad Qarayevlə Səccad Allahverdiyev gümüş, Murad İsmizadə və Rəcəb Həsənov, həmçinin Rəsul Quliyev və Ümid Kərimli cütləri bürünc medal ələ ediblər.

Qızlar arasında qoşa yarışda Aidə Qurbanova və Mələk Təhmazlı birinci, Aida Beqova və Xədicə Manafova ikinci, Fidan Rəhimli və Ziba Məmmədli, həmçinin Mədinə Həsənova və Rəfiqə Hidayatova cütlükləri üçüncü yerə çıxıblar.

Qarışıq komandalar arasında yarışda Rəsul Quliyev və Xədicə Manafova cütlüyü qızıl medala sahib olub. Muxtar Bədəlovla Aida Beqova ikinci yerə çıxıb. Murad Qarayev və Aidə Qurbanova, həmçinin Səccad Allahverdiyev və Mələk Təhmazlı cütlükləri isə bürünc medalla kifayətləniblər.

Son xəbərlər
Sabah hava necə olacaq?
Lionel Messi ilkə imza atıb
Son 6 ay ərzində 40 bağça direktoru işdən çıxarılıb
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Pakistanın hüquq və ədliyyə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir
Prezident İlham Əliyev: Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir
Emin Əmrullayev rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər