30 Aprel 2025, 19:34
Azərbaycan və İordaniya Taekvondo federasiyaları Əməkdaşlıq Memorandumu imzaladı
Əməkdaşlıq Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun İordaniya səfəri çərçivəsində baş tutub.
Azərbaycan və İordaniya Taekvondo federasiyaları Əməkdaşlıq Memorandumu imzaladı şəkil
Azərbaycan və İordaniya Taekvondo federasiyaları Əməkdaşlıq Memorandumu imzaladı

Azərbaycan və İordaniya Taekvondo federasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidmətindən məlumat verilib.

İordaniyada səfərdə olan ATF-nin prezidenti Kəmaləddin Heydərov İordaniya Taekvondo Federasiyasının prezidenti şahzadə Rəşid bin Əl Həsənlə görüşüb.

Görüşdə müvafiq olaraq Azərbaycan və İordaniyada taekvondonun inkişafı sahəsində görülən işlərdən, əldə edilmiş nailiyyətlərdən danışılıb, idmanın bu növünün populyarlığının artırılması məqsədilə hər iki federasiya arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd edilib və geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda “Azərbaycan Taekvondo Federasiyası və İordaniya Taekvondo Federasiyası arasında taekvondonun inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Əməkdaşlıq Memorandumu” imzalanıb.

Memorandum çərçivəsində Azərbaycan və İordaniya arasında taekvondo üzrə əlaqələrin gücləndirilməsi məqsədilə qarşılıqlı təlim-məşq toplanışları, seminarlar, idmançı və məşqçilərin təcrübə mübadiləsi və digər məsələlər üzrə əməkdaşlıq nəzərdə tutulur.

Son xəbərlər
"Turan Tovuz" "Traktor"la qarşılaşacaq
Suriya lideri Azərbaycana gəlib - YENİLƏNİB
FHN əhaliyə müraciət edib
Bazar günü 41 dərəcə isti olacaq - PROQNOZ
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Gecikdirilmiş 160 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib
"Qarabağ" dünya reytinqində 12 pillə gerilədi
Azərbaycan Ordusunda müxtəlif xarici dillər üzrə təşkil olunmuş kursların buraxılış mərasimi keçirilib