Ana səhifə / İdman / Azərbaycanın 9 güləşçisi Zəfər kubokunda iştirak edəcək Azərbaycanın 9 güləşçisi Zəfər kubokunda iştirak edəcək 01.05.2025, 11:19 Əziz Əzizli Sabah Türkiyənin Antalya şəhərində güləş üzrə Zəfər kubokuna start veriləcək. Operativ Media xəbər verir ki, U17 yaş qrupu üzrə keçiriləcək ənənəvi yarışda qızlardan ibarət komandamız mübarizə aparacaq. Üç gün davam edəcək turnirdə böyük məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun rəhbərliyi altında 9 güləşçi uğur qazanmağa çalışacaq: 40 kq Günel Quliyeva 46 kq Nəzrin Əhmədli 49 kq Xədicə Qurbanzadə 53 kq Fatimə Bayramova 53 kq Xədicəxanım Talıbova 57 kq Ülviyyə Musayeva 61 kq Esra Məmmədli 65 kq Fidan Babayeva 69 kq Milana Bağırzadə Zəfər kubokunda III dərəcəli beynəlxalq hakim Elxan Həmidzadə ədaləti qoruyacaq. Teqlər: "Az\u0259rbaycan\u0131n 9 g\u00fcl\u0259\u015f\u00e7isi Z\u0259f\u0259r kubokunda i\u015ftirak ed\u0259c\u0259k"