"Böyük Dəbilqə" turnirində Azərbaycanın 8 cüdoçusu yarışacaq
Əziz Əzizli
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 2–4 may tarixlərində Tacikistanın paytaxtı Düşənbədə "Böyük Dəbilqə" turniri keçiriləcək.
Operativ Media xəbər verir ki, Azərbaycan bu yarışda 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. Milli komandamıza böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç rəhbərlik edəcək.
Turnirin ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də yer alacaq.
Qeyd edək ki, üç gün davam edəcək yarışda 27 ölkədən 226 idmançı (123 kişi, 103 qadın) iştirak edəcək.