Azərbaycanın 38 cüdoçusu Avropa Kubokunda iştirak edəcək
Əziz Əzizli
3-4 may tarixlərində Türkiyənin İstanbul şəhərində gənclər arasında Avropa Kuboku keçiriləcək.
Operativ Media xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda Azərbaycan ümumilikdə 13 çəki dərəcəsində 38 cüdoçu (28 oğlan, 10 qız) ilə təmsil olunacaq.
Cüdoçulara kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdullatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.