Menyu

Fərid Qayıbov Yevlax və Mingəçevir şəhər sakinləri ilə görüşüb

Əziz Əzizli
Fərid Qayıbov Yevlax və Mingəçevir şəhər sakinləri ilə görüşüb

Mayın 1-də gənclər və idman naziri Fərid Qayıbov Yevlax və Mingəçevir şəhər sakinlərini qəbul edib.

Operativ Media xəbər verir ki, qəbuldan öncə nazir Fərid Qayıbov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla birlikdə Mingəçevir şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. 

Mingəçevir Gənclər Evində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda may ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Teqlər:

"F\u0259rid Qay\u0131bov Yevlax v\u0259 Ming\u0259\u00e7evir \u015f\u0259h\u0259r sakinl\u0259ri il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər