Ana səhifə / İdman / I Liqa: "Mingəçevir" səfərdə, "Cəbrayıl" evdə qazandı I Liqa: "Mingəçevir" səfərdə, "Cəbrayıl" evdə qazandı 01.05.2025, 20:20 Əziz Əzizli Azərbaycan 1-ci Liqasında bu gün 24-cü tura start verilib. Operativ Media xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Cəbrayıl" evdə "Baku Sporting"ə 2:1 hesabı ilə qalib gələrək sonuncu pillədən uzaqlaşıb. "Mingəçevir" isə səfərdə "Difai"ni böyük hesabla məğlub edib - 4:1. Qeyd edək ki, 1-ci Liqada artıq "Qəbələ" çempionluğu rəsmiləşdirib, "Karvan" və "İmişli" isə Premyer Liqaya vəsiqəni təmin edib. Azərbaycan I Liqası 24-cü tur 1 may (cümə axşamı) “Cəbrayıl” – “Baku Sporting” 2:1 Qollar: B.İsmayılov, 28. T.Əhmədov, 84 – E.Abdullayev, 87. Qırmızı vərəqə: T.Əhmədov, 84 ("Cəbrayıl"). Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Alik Yunusov. “ASCO Arena”. “Difai” – “Mingəçevir” 1:4 Qollar: K.Kamta, 70-pen. – N.Əliyev, 8; 90+3. T.Fərmanov, 59; 75. Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov. Şamaxı OİK stadionu. Teqlər: "I Liqa: \"Ming\u0259\u00e7evir\" s\u0259f\u0259rd\u0259 \"C\u0259bray\u0131l\" evd\u0259 qazand\u0131"