"Araz-Naxçıvan" "Sabah"la oyuna bir itki ilə çıxacaq
Əziz Əzizli
Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində mayın 3-də “Sabah”la qarşılaşacaq "Araz-Naxçıvan" hazırlığını davam etdirir.
Operativ Media xəbər verir ki, “qırmızı-ağlar” bu gün oyunöncəsi son məşqini keçirib. Zədəli futbolçulardan Sezar Meza Kolli kollektiv məşqlərdə iştirak etsə də, Ramin Nəsirli fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altında çalışmalarla kifayətlənib.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sabah” oyunu mayın 3-də “Liv Bona Dea Arena”da keçiriləcək və stadiona giriş biletsiz olacaq.
Teqlər:
"\"Araz-Nax\u00e7\u0131van\" \"Sabah\"la oyuna bir itki il\u0259 \u00e7\u0131xacaq"