Ana səhifə / İdman / Ter Ştegen yaşıl meydanlara qayıdır Ter Ştegen yaşıl meydanlara qayıdır 02.05.2025, 16:46 Əziz Əzizli "Barselona"nın qapıçısı Mark-Andre Ter Ştegen komandanın La Liqanın 34-cü turunda "Valyadolid"ə qarşı keçirəcəyi oyunda start heyətində yer alacaq. Operativ Media xəbər verir ki, bu barədə kataloniyalıların baş məşqçisi Hans-Diter Flik açıqlayıb. Mayın 3-ü “Barselona” səfərdə “Valyadolid”lə qarşılaşacaq. Flik mətbuat konfransında "Bəli, əlbəttə ki, Ter Ştegen sabah qayıdacaq", - deyə bildirib. 33 yaşlı alman dizindən aldığı zədəsini sağaldıb. Qapıçı sonuncu dəfə 2024-cü ilin sentyabrında meydana çıxıb. "Valyodolid"lə oyun Moskva vaxtı ilə saat 22:00-da başlayacaq. Teqlər: "Ter \u015etegen ya\u015f\u0131l meydanlara qay\u0131d\u0131r"