Menyu

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazandı

Əziz Əzizli
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazandı
1 dəq oxu

Tacikistanın paytaxtı Düşənbədə "Böyük Dəbilqə" turniri keçirilir.

Operativ Media xəbər verir ki, turnirin ilk yarış günündə kişilər arasında -60 kq çəki dərəcəsində Azərbaycan cüdoçusu Balabəy Ağayev finalda Mehrzod Sufiyevə (Tacikistan) ipponla qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri mayın 4-də başa çatacaq.

Əlaqəli Xəbərlər