"Qarabağ"ın futbolçusu mövsümün rekorduna imza atdı
Əziz Əzizli
"Qarabağ"ın futbolçusu Amin Rzayev Misli Premyer Liqasında 2024/25 mövsümünün rekorduna imza atıb.
Operativ Media Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33-cü turun “Sumqayıt”la görüşündə meydana çıxan müdafiəçi mövsümün ən gənc futbolçusu olub.
O, Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edib. 2009-cu il oktyabrın 12-də anadan olan Rzayev bu göstəricidə mövsümün yeni rekordçusu olub.
Qeyd edək ki, “Qarabağ” “Sumqayıt”la ev oyununda 2:0 hesablı qələbə qazanıb.
Teqlər:
"\"Qaraba\u011f\"\u0131n futbol\u00e7usu m\u00f6vs\u00fcm\u00fcn rekorduna imza atd\u0131"