05 May 2025, 10:47
Emin Mahmudov Kazbek Tuayevə çatdı
"Kəpəz"lə oyun Emin Mahmudov üçün əlamətdar olub.
Emin Mahmudov Kazbek Tuayevə çatdı şəkil
Emin Mahmudov Kazbek Tuayevə çatdı

Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub.

Operativ Media xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 33-cü turuna təsadüf edib. O, “Kəpəz”lə görüşdə (2:2) Bakı klubunu məğlubiyyətdən xilas edən qolun müəllifi olub.

Emin “Neftçi”də keçirdiyi 252-ci qarşılaşmada 60-cı qoluna sevinib. O, Premyer Liqada 44, Azərbaycan kubokunda 7, avrokuboklarda 9 dəfə fərqlənib.

Mahmudov “Neftçi”nin tarixi ərzində 60 və daha çox qol vuran 15-ci futbolçudur. O, klub tarixinin bombardirləri siyahısında 60 qol vuran Kazbek Tuayevə çatıb.

Qeyd edək ki, “Neftçi” tarixinin ən məhsuldar futbolçusu Samir Ələkbərovdur – 142 qol. Anatoli Banişevski 136, Yunis Hüseynov 103 dəfə fərqlənib.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb