Ana səhifə / İdman / Azərbaycanın 25 gənc güləşçisi "Çempionlar" turnirində mübarizə aparacaq Azərbaycanın 25 gənc güləşçisi "Çempionlar" turnirində mübarizə aparacaq 05.05.2025, 13:15 Əziz Əzizli Sabah Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında “Çempionlar” turnirinə start veriləcək. Operativ Media xəbər verir ki, üç gün davam edəcək yarışda ölkəmizi yunan-Roma güləşi üzrə U20 milli komandamız təmsil edəcək. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 25 güləşçi ənənəvi turnirdə mübarizə aparacaq. 55 kq Elvin İbadov, Turan Daşdəmirov, Xalid Ələsgərov 60 kq Ayxan Cavadov, Vədat Qasımlı, Səid Xəlilov, Əmrah Əmrahov 63 kq Tural Əhmədov, Məhəmməd Qasımzadə 67 kq Roman Kərimov, Elşən İslam 72 kq Seymur Qasımov, Fəraim Mustafayev, Kamran Rəcəbli, Əli Məlikov 77 kq Davud Məmmədov, Cavad Məmmədov 82 kq Cavidan Nəhmətov, Elmin Əliyev, Elvin Osmanlı 87 kq Orxan Hacıyev, Abdullah Həsənov 97 kq İsmayıl Rzayev 130 kq Məzaim Mərdanov, Museyi-Kazım Hüseyn Yarışda II dərəcəli beynəlxalq hakimlər Xəyal Əliyevlə Kamran Baxışov ədaləti qoruyacaq. Teqlər: "Az\u0259rbaycan\u0131n 25 g\u0259nc g\u00fcl\u0259\u015f\u00e7isi \"\u00c7empionlar\" turnirind\u0259 m\u00fcbariz\u0259 aparacaq"