
"Barselona"nın sabiq müdafiəçisi Dani Alveş Rusiyada çıxış edə bilər.
Operativ Media xəbər verir ki, bu barədə "Mash on Sport" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Braziliya millisinin sabiq müdafiəçisi Media liqasının klublarından biri ilə danışıqlar aparır. Potensial sövdələşmənin razılaşdırılmasının birinci mərhələsi artıq baş tutub, ikincisi isə mayın 9-dan sonra planlaşdırılır.
Fevralın 22-də Barselona məhkəməsi 2022-ci ildə İspaniyada gecə klubunda qıza təcavüz etdiyinə görə Alveşi 4,5 il müddətinə azadlıqdan məhrum etmişdi. Mart ayında idmançı hökmdən verilən apellyasiya şikayətinə baxılana kimi həbsdən 1 milyon avro girov müqabilində azad edilib. Martın 28-də Alveşə bəraət verilib.
41 yaşlı braziliyalı peşəkar karyerasını 2023-cü ildə başa vurub.