Menyu

"Liverpul"la vidalaşan müdafiəçi "Real Madrid"ə keçəcək

Əziz Əzizli
"Liverpul"la vidalaşan müdafiəçi "Real Madrid"ə keçəcək

"Liverpul"un müdafiəçisi Trent Aleksandr-Arnold 2024/25 mövsümünün sonunda "Real Madrid"ə transfer olacaq.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, Trent Madrid klubuna transferlə bağlı artıq şifahi razılığa gəlib. O, bu həftə "Real Madrid" ilə müqavilə imzalamalıdır.

Qeyd edək ki, mayın 5-də 26 yaşlı ingilis futbolçu mövsümün sonunda "Liverpul"u tərk edəcəyini açıqlayıb. Onun "Liverpul"la müqaviləsi iyunun 30-da başa çatır.

Aleksandr-Arnold "Mersisaydlılar"ın akademiyasında yetişib  və 2004-cü ildən bu klubun akademiyasındadır. O, "Liverpul"da 352 oyun keçirib, 23 qol vurub və 92 məhsuldar ötürmə edib.

Teqlər:

"\"Liverpul\"la vidala\u015fan m\u00fcdafi\u0259\u00e7i \"Real Madrid\"\u0259 ke\u00e7\u0259c\u0259k"

Əlaqəli Xəbərlər