“Milan” A Seriyasında səfərdə “Cenoa”nı məğlub edib
Əziz Əzizli
"Milan" A Seriyasının 35-ci turunda səfərdə "Cenoa"ya qalib gəlib - 2:1.
Operativ Media xəbər verir ki, hesabı 61-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Vitinya açıb. 76-cı dəqiqədə qonaqlar hücumçu Rafael Leaonun qolu sayəsində hesabı bərabərləşdirib, 77-ci dəqiqədə isə “Cenoa”nın yarımmüdafiəçisi Morten Frendrup avtoqola imza atıb.
"Milan"ın 57 xalı var və A Seriyasının turnir cədvəlində 9-cu yerdədir. “Cenoa” isə 39 xalla 13-cü yerdə qərarlaşıb.
Teqlər:
"\u201cMilan\u201d A Seriyas\u0131nda s\u0259f\u0259rd\u0259 \u201cCenoa\u201dn\u0131 m\u0259\u011flub edib"