Menyu

Dövlət sərhədini qanunsuz keçməyə çalışan 4 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Dövlət sərhədini qanunsuz keçməyə çalışan 4 nəfər saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qeyri-qanuni miqrasiyaya qarşı həyata keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 4 nəfər sərhəd pozucusu saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Məlumata görə, aprel ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 2 (iki) nəfər – 1996-cı il təvəllüdlü Safi Hedayatullah Eynətullah və 2004-cü il təvəllüdlü Mirzay Mohsin Səfiulla, may ayının 2-də isə daha 2 (iki) nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı – 1999-cu il təvəllüdlü Əfqan Mohammadəmin Mominxan və 2005-ci il təvəllüdlü Əhmədi Əhməd Abdullah dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər