Menyu

AZCON-un icraçı direktoruna müşavir təyin edilib

Nərmin Qocamanlı
AZCON-un icraçı direktoruna müşavir təyin edilib

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoruna müşavir təyin edilib.

Operativ Media xəbər verir ki, bu barədə AZCON-dan APA-ya bildirilib.

Məlumata görə, bu vəzifə Aysel Vaqif qızı Soltanovaya həvalə edilib.

Qeyd edək ki, A.Soltanova 1986-cı ildə anadan olub. Azərbaycan Dillər Universitetində Amerikaşünaslıq üzrə bakalavr, Mərkəzi Avropa Universitetində İctimai siyasət üzrə magistratura təhsili alıb. Hazırda təhsilini İngiltərənin York Universitetində Biznes administrasiyası (MBA) ixtisası üzrə davam etdirir.

O, əmək fəaliyyətinə “BP” şirkətində başlayıb, daha sonra Beynəlxalq Əmək Təşkilatında fəaliyyət göstərib. 2011-2023-cü illərdə “Procter & Gamble”, “Azərkosmos” və “Aztelekom” kimi şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2023-cü ilin yanvarından son təyinata qədər “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər