Menyu

İngiltərə Premyer Liqası matçının vaxtı dəyişdirildi

Əziz Əzizli
İngiltərə Premyer Liqası matçının vaxtı dəyişdirildi

Premyer Liqanın 37-ci turu çərçivəsində keçiriləcək "Aston Villa" - "Tottenhem" matçı təxirə salınıb.

Operativ Media xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Matç mayın 16-da, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Oyun əvvəlcə mayın 18-nə təyin edilmişdi, lakin “Tottenhem” federasiyadan mayın 21-də baş tutacaq Avropa Liqasının finalında mümkün iştiraka görə görüşü təxirə salmağı xahiş edib.

Mayın 1-də londonlular Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda evdə “Bodo-Qlimt”ə qalib gəlib (3:1). Cavab oyunu mayın 8-i cümə axşamı keçiriləcək. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Teqlər:

"\u0130ngilt\u0259r\u0259 Premyer Liqas\u0131 mat\u00e7\u0131n\u0131n vaxt\u0131 d\u0259yi\u015fdirildi"

Əlaqəli Xəbərlər