06 May 2025, 20:31
Qubada beynəlxalq cüdo təlim-məşq toplanışı keçirilir
Toplanışda 9 ölkədən 280 cüdoçu Quba Olimpiya Kompleksində bir araya gəlib.
Qubada beynəlxalq cüdo təlim-məşq toplanışı keçirilir şəkil
Qubada beynəlxalq cüdo təlim-məşq toplanışı keçirilir

Quba Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplanışı davam edir.

Operativ Media xəbər verir ki, Avropa Cüdo Birliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan hazırlıq prosesində 9 ölkədən 280-ə yaxın cüdoçu iştirak edir.

Təlim düşərgəsində Azərbaycanın yeniyetmə oğlan və qızlardan milli komandaları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Çexiya, Fransa və Beynəlxalq Cüdo Federasiyasını təmsil edən idmançılar yer alır.

Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərli, məşqçilər Nicat Şıxəlizadə, Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əmrahov rəhbərlik edir.

5–7 may tarixlərini əhatə edən təlim-məşq toplanışı iyun ayında Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Avropa çempionatı və iyulda reallaşacaq Avropa Gənclər Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb