Azərbaycan güləşçiləri "Çempionlar" turnirinə iki medalla başladılar
Əziz Əzizli
Bu gün Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında "Çempionlar" turnirinə start verilib.
Operativ Media xəbər verir ki, ilk yarış günündə 55, 67, 77 və 97 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.
Təmsilçilərimizdən ikisi fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (55 kq) gümüş və İsmayıl Rzayev (97 kq) bürünc medal qazanıb.
Xalid Ələsgərovla (55 kq) Davud Məmmədov (77 kq) isə beşinci yerlə kifayətlənib.
Sabah 60, 72 və 87 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net