Menyu

Hacıqabulun Udullu kəndində evləri sel suları basıb

Əsəd Abbaslı
Hacıqabulun Udullu kəndində evləri sel suları basıb
1 dəq oxu

Hacıqabul rayonunun bir neçə kəndində sel vəziyyəti ciddi təhlükə yaradıb.

Operativ Media xəbər verir ki, güclü yağışlar nəticəsində Udullu kəndi ərazisindəki “Yeddipara” bölgəsində sel suları yaşayış evlərini basıb.

Harami dağından gələn sel suları Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələri su altında qoyub.

Sakinlərin verdiyi məlumata görə, vəziyyət çox çətindir və sel hələ də davam edir.

Hazırda rayon ərazisində intensiv yağışlar yağıb, bu da selin güclənməsinə səbəb olub.

Əlaqəli Xəbərlər