Menyu

Xətai rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Əsəd Abbaslı
Xətai rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə mayın 7-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Operativ Media xəbər verir ki, bu haqda “Azərişıq” ASC-nin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan saat 17:00-dək Cavanşir, Ceyhun Hacıbəyli, İlqar Zülfüqarov, Məhəmməd Hadi küçələrində əhali və qeyri əhali abonentlərinin elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər