Menyu

"Sabah" futbolçularının U-16 millisinə çağırılmama səbəbi bilindi - AÇIQLAMA

Əziz Əzizli
"Sabah" futbolçularının U-16 millisinə çağırılmama səbəbi bilindi - AÇIQLAMA

"Millinin baş məşqçisi Aqil Nəbiyev bu dəfə seleksiya xarakterli toplanış keçirir".

Bunu  Operativ Media-ya açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli deyib.

"Millinin baş məşqçisi Aqil Nəbiyev bu dəfə seleksiya xarakterli toplanış keçirir. Və daha çox vaxtilə milliyə az çağrılan futbolçuları, tanınmayanları dəvət edib. "Sabah"ın oyunçuları 17 yaşadək milli komandamıza dəvət olunublar və Aqil Nəbiyev onların potensialına yaxşı bələddir. Ona görə də bu dəfəki toplanışda həmin oyunçulara dəvət göndərməyib".

Qeyd edək ki, U-16 millisinin təlim-məşq toplanışı mayın 11-dək davam edəcək.

Teqlər:

"\"Sabah\" futbol\u00e7ular\u0131n\u0131n U-16 millisin\u0259 \u00e7a\u011f\u0131r\u0131lmama s\u0259b\u0259bi bilindi - A\u00c7IQLAMA"

Əlaqəli Xəbərlər