07 May 2025, 14:20
Xankəndi stadionunun son vəziyyəti - FOTOLAR
Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir.
Xankəndi stadionunun son vəziyyəti - FOTOLAR şəkil
Xankəndi stadionunun son vəziyyəti - FOTOLAR

Xankəndi stadionunda təmir-bərpa işləri intensivləşib.

Operativ Media xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

III MDB Oyunlarına hazırlıq prosesi ərəfəsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında tikinti prosesi sürətləndirilib. Stadionun tikintisinin bu ilin sentyabrına qədər başa çatdırılması nəzərdə tutulur.

15 min tamaşaçı tutumuna malik olan Xankəndi stadionu 1956-cı ildə istifadəyə verilib. Sovet dövründə Ağdamın "Qarabağ" klubu ev oyunlarını bu arenada keçirib. Stadionda futbolçular üçün paltardəyişmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar nəzərdə tutulub. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq.

Qeyd edək ki, III MDB Oyunlarının kamandan oxatma yarışlarının sentyabrda Xankəndi şəhər stadionunda keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salınıb - YENİLƏNİB
10 israilli girov azad ediləcək
ABŞ Ukraynaya daha bir “Patriot” sistemi tədarük edə bilər
Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb
Rusiya XİN müavini işdən çıxarılıb
"Zirə" Türkiyə klubuna qalib gəldi
Bakının bəzi ərazisində işıq olmayacaq
Nərimanov rayonunda su kəsiləcək