Menyu

Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında şəxsi rekordunu yenilədi

Əziz Əzizli
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında şəxsi rekordunu yenilədi

Azərbaycanın yeniyetmə paraüzgüçüsü Əli Vəliyev Parisdə keçirilən Dünya Seriyasında şəxsi rekordunu yeniləyib.

Operativ Media xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Paralimpiyaçı (S10) qarışıq kateqoriyalardan olan gənc paraüzgüçülər ilə birlikdə çıxış etdiyi 100 metr məsafəyə sərbəst üsulla üzməkdə 1:00.90, 100 metr məsafəyə kəpənək üsulla üzməkdə isə 1:04.60 nəticə göstərərək şəxsi rekordunu yeniləyib.

Mübarizə apardığı bütün üzmə üsullarında şəxsi kateqoriyasında finişə birinci çatan Ə.Vəliyev həmçinin ilk dəfə beynəlxalq yarışda 400 metr məsafəyə sərbəst üsulda gücünü sınayıb.

Teqlər:

"Az\u0259rbaycan para\u00fczg\u00fc\u00e7\u00fcs\u00fc D\u00fcnya Seriyas\u0131nda \u015f\u0259xsi rekordunu yenil\u0259di"

Əlaqəli Xəbərlər