Ana səhifə / İdman / Azərbaycan 2-ci Liqası: "Hypers Quba" səfərdə, "Şimal" evdə qazandı Azərbaycan 2-ci Liqası: "Hypers Quba" səfərdə, "Şimal" evdə qazandı 07.05.2025, 20:00 Əziz Əzizli Azərbaycan 2-ci Liqasında 24-cü tura yekun vurulub. Operativ Media xəbər verir ki, son oyun günündə 4 matç keçirilib. "Lerik" səfərdə "Araz-Saatlı"nı məğlub etməklə (1:0) sonuncu pillədən qurtulub. "Göygöl" "Dinamo"nu eyni hesabla üstələyib. 4-cü pillə uğrunda mübarizə aparan "Hypers Guba" "Kür-Araz"a qalib gəlib - 2:1. "Şimal" isə "Sheki City"ni darmadağın edib - 3:0. Qeyd edək ki, daha əvvəl "Şahdağ Qusar" və "Şəfa" artıq 1-ci Liqaya vəsiqəni təmin ediblər. Azərbaycan 2-ci Liqası 24-cü tur 7 may "Araz-Saatlı" - "Lerik" 0:1 Qol: Z.Nuruzadə, 59. Baş hakim: Namiq Bəkirov. Saatlı OİK stadionu. "Şimal" - "Sheki City" 3:0 Qollar: V.Seyidov, 4. P.Seyidov, 29; 88. Baş hakim: Sənan Bayramzadə. Siyəzən şəhər stadionu. "Kür-Araz" - "Hypers Guba" 1:2 Qolar: İ.Hüseynli, 30 - H.Novruzov, 27. C.İmamverdiyev, 42. Qırmızı vərəqə: N.Paşayev, 81 - İ.Nağıyev, 68. Baş hakim: İslam Məmmədov. Heydər Əliyev adına İmişli şəhər stadionu. "Dinamo" - "Göygöl" 0:1 Qol: E.Rəhimov, 14. Baş hakim: Alik Yunusov. Binə qəsəbə stadionu. 6 may “Qusar” – “Ağdaş” 1:2 “Şəmkir” – “Füzuli” 3:0 4 may “Şəfa” – “Şahdağ Qusar” 0:0 Teqlər: "Az\u0259rbaycan 2-ci Liqas\u0131: \"Hypers Quba\" s\u0259f\u0259rd\u0259 \"\u015eimal\" evd\u0259 qazand\u0131"