08 May 2025, 11:21
Sahibə Qafarova: Heydər Əliyev vətənə sədaqətin rəmzidir
O qeyd edib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanmasıdır:
Sahibə Qafarova: Heydər Əliyev vətənə sədaqətin rəmzidir şəkil
Sahibə Qafarova: Heydər Əliyev vətənə sədaqətin rəmzidir

Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən xüsusi iclasında deyib.

O qeyd edib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanmasıdır:

“1995-ci ildə qəbul edilən ali sənəd dünyanın ən demokratik konstitusiyaları ilə müqayisə oluna bilər. Ulu Öndərin başlatdığı işləri layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları misilsiz tarixi qələbələri ilə davam etdirilib. Azərbaycan hazırda Avrasiyanın önəmli energetika mərkəzinə çevrilib. Müxtəlif sahələrə böyük investisiyalar qoyulub. Ölkəmiz Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda mövqeyini gücləndirib, sammit və beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. 

Bu gün biz azad Qarabağda quruculuq-bərpa işlərinin şahidi oluruq. Azərbaycanlılar vandalizm qalıqlarını gülüstana çevirərək qurucu xalq olduqlarını dünyaya nümayiş etdirir. Azərbaycan davamlı inkişaf yolu ilə davam edərək yeni tarixi qələbələrə imza atacaq".

Daha sonra Milli Məclisin Aparatı tərəfindən hazırlanan "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş sənədli film nümayiş etdirilib.

Son xəbərlər
Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər
Azərbaycanlı alpinist qadın Everest dağına qalxaraq tarixə düşüb
Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib - YENİLƏNİB
Rusiyaya qarşı yeni sanksiyalar paketi mayın 20-də qüvvəyə minəcək
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
“Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb - CANLI
15 May 2025, 23:20
Rusiya qoşunlarına yeni komandan təyin edilib - YENİLƏNİB
Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb