Menyu

Bu ildən etibarən IV və VI siniflərində monitorinqin bir hissəsi kompüter əsaslı təşkil olunacaq

Bu ildən etibarən IV və VI siniflərində monitorinqin bir hissəsi kompüter əsaslı təşkil olunacaq

18-19 may tarixində ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV və VI siniflərində monitorinq təşkil olunacaq.

Bu barədə Operativ Media-ya MÜTDA məlumat verib. 

 Bu ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib. Belə ki, monitorinqin sınaq mərhələsi 12 və 13 aprel tarixlərində ilk dəfə olaraq kompüter əsaslı formatda təşkil olunub və uğurla həyata keçirilib. Sınaq monitorinqinə hər sinif üzrə 900-ə yaxın şagird cəlb edilib.

Bununla yanaşı, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrində təhsil alan 10 000 şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır.

 Qeyd edək ki, monitorinq prosesində rəqəmsallaşmanın tətbiqində əsas məqsəd kompüter əsaslı qiymətləndirmə modelinə mərhələli keçidi təmin etməkdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər