Sommer Çempionlar Liqasında həftənin oyunçusu seçilib
Əziz Əzizli
"İnter"in qapıçısı Yann Sommer Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Operativ Media xəbər verir ki, qapıçı turnirin yarımfinalında "Barselona" ilə cavab görüşündə yeddi zərbəni dəf edib. Qarşılaşma əlavə vaxtdan sonra “neradzurri”nin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Mükafat uğrunda PSJ-nin müdafiəçisi Əşrəf Hakimi də mübarizə aparırdı.
Mayın 31-də Münhendə keçiriləcək Çempionlar Liqasının finalına "İnter" və PSJ çıxıb.