Menyu

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib

Mayın 10-da  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.

Teqlər:

"M\u00fcdafi\u0259 Nazirliyinin r\u0259hb\u0259r hey\u0259ti F\u0259xri xiyaban\u0131 ziyar\u0259t edib"

Əlaqəli Xəbərlər