Azərbaycanda satılan siqaret markalarından biri bahalaşacaq
Siqaret istifadəçilərini yaxın günlərdə qiymət artımı gözləyir.
Operativ Media Teleqraf-a istinadən xəbər verir ki, satış şəbəkələrinə artıq “Sobranie” markalı siqaretlərin qiymətinin qaldırılması ilə bağlı təlimat göndərilib.
Artım ilkin mərhələdə yalnız “Sobranie” məhsullarına aid olacaq və təxminən 30 qəpik təşkil edəcək.
Marketlərdə qiymət dəyişikliyi üçün hazırlıqlar başlayıb.
Qiymət dəyişikliyinin digər siqaret markalarına şamil olunacağı ilə bağlı hər hansı məlumat yoxdur. Rəsmi açıqlama verilməsə də, gözləntilər odur ki, qiymət artımı qarşıdakı günlərdə qüvvəyə minə bilər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net